- ŞəhərBakı
- Yaş25 - 35 yaş
- TəhsilAli
- İş təcrübəsi1 ildən 3 ilə qədər
- Elanın tarixiDekabr 16, 2025
- Bitmə tarixiYanvar 15, 2026
- Telefon
- E-mail
Ali təhsil
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
Problemi qısa zaman çərçivəsində həll etmə və analiz bacarığı
Danışıqlar aparma qabiliyyəti
Şəxsi avtomobil
Xanım namizədlər tələb olunur
İnşaat sektorunda işləyən və bazasında müştərilər olan xanım namizədlərə üstünlük verilir.
Potensial korporativ müştərilərlə əlaqə yaratmaq, şirkətin məhsul və xidmətləri barədə ətraflı məlumat təqdim etmək
Korporativ satış planını yerinə yetirmək üçün müştəri bazasını genişləndirmək və yeni partnyorlar cəlb etmək, mütəmadi olaraq əlaqə saxlamaq
Müştərinin ehtiyaclarını təhlil edərək fərdi təkliflər hazırlamaq və təqdim etmək
Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq və satış sonrası əlaqəni qorumaq
Şirkət daxili təklif və qiymət formalarının hazırlanmasına və koordinasiyasına nəzarət etmək
Satış müqavilələrinin hazırlanması, imzalanması və icrasına nəzarət etmək
Aylıq, rüblük və illik satış hədəflərinə çatmaq üçün rəhbərliyə hesabatlar təqdim etmək
Korporativ bazardakı tendensiyaları izləmək və rəqiblər barədə analizlər aparmaq
Mövcud korporativ müştərilərin tələblərini cavablandırmaq və onların məmnuniyyətini təmin etmək
Korporativ satış fəaliyyəti üzrə hər ay, rüb və ilin sonunda SWOT təhlili aparmaq, nəticələri və inkişaf təkliflərini rəhbərliyə təqdim etmək
Birbaşa rəhbərin tapşırıqları əsasında aidiyyatı funksiyaları icra etmək.