MÜHASİB
100 AZNElan #607881
- ŞəhərBakı
- Yaş27 yaş
- CinsKişi
- Elanın tarixiDekabr 17, 2025
- Bitmə tarixiYanvar 16, 2026
- AdElnur Vüqar Zeynallı
- Phone
- E-mail
Vergi cərimələrindən, səhv hesabatlardan və “sonra baxarıq” riskindən bezmisiniz?
Freelance mühasib olaraq sahibkarlara:
- Vergi və DSMF hesabatlarının vaxtında və düzgün verilməsi
- Cərimə risklərinin öncədən aşkarlanması
- Fəaliyyətinizə uyğun ən optimal vergi rejiminin seçilməsi
xidmətlərini göstərirəm.
👉 Mühasibatlıq xərc yox, təhlükəsizlikdir.
1)New e-taxes portalı ilə işləmək
2)Aylıq, rüblük və illik hesabatların düzgün və vaxtında hazırlanması
3)Əmək haqqı fondunun hesablanması və sosial ayırmaların tutularaq dövlət büdcəsinə ödənməsi
4)Uyğunsuzluq məktublarının analizi və düzgün şəkildə dəqiqləşdirilmiş bəyannamələrin və izahat məktublarının tərtibi və tətbiqi
5)Statistika hesabatlarının verilməsi Analıq məzuniyyəti, əmək məzuniyyəti, təhsil məzuniyyəti və s. kimi məzuniyyətlərin və xəstəlik vərəqələrinin sistemə düzgün daxil edilməsi və məzuniyyət haqqlarının hesablanaraq rəsmi şəkildə ödənilməsi
6)Elektron qaimələrin kəsilməsi, gələn elektron qaimələrin və həqiqətə uyğun olmayan qaimələrin ləğvə yaxud da düzəlişə göndərilməsi
7)ƏDV hesabatının düzgün tərtibi və əvəzləşmələrin vaxtında dəqiq yerinə yetirilməsi
8)Bank və digər əməliyyatların vaxtında və dəqiq icra edilməsi
9)ÖMV hesabatının, əmlak vergisi, torpaq vergisi və s. kimi vergilərin tərtib və təqdim edilməsi
10)Debitor və kreditor borcların qeydiyyatı və onlara nəzarət olunması
11)Müqavilə, QRP, Hesab-faktura(invoys), təhvil-təslim aktı, üzləşmə aktı və s. kimi rəsmi sənədlərin vaxtında və qanunauyğun şəkildə hazırlanması
12)Əmək müqaviləsinin bağlanması, xitamın verilməsi və xitam zamanı son haqq hesabın hesablanaraq əmək haqqı kartına köçürülməsi
13)Hüquqi və fiziki şəxsin yaradılması
14)ƏMAS, BTP, WORD, EXCEL və s. kimi proqramlarla işləmək 15)Vergi, Statistika, DSMF və s. hesabatların düzgün tərtib edilməsi
Mən freelance mühasibəm və fərdi sahibkarlar, həmçinin kiçik və orta biznes subyektlərinə mühasibatlıq xidmətləri göstərirəm. İş prinsipim mühasibatlığı sadəcə hesabat vermək kimi deyil, sahibkarın risklərini öncədən görüb idarə etmək üzərində qurulub.
Vergi, DSMF və statistika hesabatlarının vaxtında və qanunvericiliyə uyğun hazırlanmasına, kassa aparatı, POS terminal və elektron qaimələr üzrə düzgün uçotun aparılmasına xüsusi diqqət yetirirəm. Keçmiş dövrlər üzrə səhvlərin aşkarlanması və dəqiqləşmələrin verilməsi, artıq ödəmələrin araşdırılması və riskli məqamların izahı da xidmətlərimə daxildir.
Müştərilərlə ünsiyyətdə əsas prinsipim şəffaflıqdır. Risk varsa gizlətmirəm, mümkün alternativləri izah edirəm və sahibkarın məlumatlı qərar verməsinə kömək edirəm. Məqsədim cərimə və problem yaratmayan, sabit və nəzarətdə olan mühasibatlıq qurmaqdır.
Əgər mühasibinizdən yalnız hesabat yox, rahatlıq və güvən gözləyirsinizsə, əlaqə saxlaya bilərsiniz.