MÜŞTƏRİ XİDMƏTLƏRİ MÜTƏXƏSSİSİ
800 AZNElan #607844
- ŞəhərBakı
- Yaş22 yaş
- CinsQadın
- Elanın tarixiDekabr 16, 2025
- Bitmə tarixiYanvar 15, 2026
- AdAliyə Elçin Mirzəzadə
- Phone
- E-mail
Azərbaycan Dövlət Aqrar Universitetini bitirmişəm. Təhsil müddətində ixtisasım üzrə baza biliklərə yiyələnmiş, praktiki tapşırıqlarda iştirak etmişəm. Yeni bilikləri tez mənimsəyir, məsuliyyətli və dəqiq işləyirəm. Komanda ilə işləmək və öyrənməyə açıq olmaq əsas xüsusiyyətlərimdəndir.
Müxtəlif sahələr üzrə iş təcrübəm mövcuddur. Operator və qeydiyyatçı vəzifələrində çalışaraq müştərilərlə birbaşa ünsiyyətin qurulması, daxil olan zəng və müraciətlərin cavablandırılması, məlumatların sistemə düzgün və vaxtında daxil edilməsi, sənədlərin hazırlanması və qeydiyyatı işlərini icra etmişəm. Gündəlik hesabatların tərtib olunması və daxili qaydalara əməl edilməsi əsas vəzifələrim sırasında olub.
Eyni zamanda HR sahəsində işə qəbul proseslərində iştirak etmiş, CV-lərin ilkin yoxlanılması, namizədlərlə əlaqə saxlanılması,ofis daxili inzibati proseslərin həyata keçirilməsində təcrübə qazanmışam. Komanda ilə işləmə bacarığı, məsuliyyətli və operativ yanaşma, ünsiyyət qabiliyyəti və dəqiqlik əsas üstünlüklərimdəndir.
Ofis mühitində səmərəli işləməyi bacarıram, yeni bilik və bacarıqları tez mənimsəyir, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirirəm. İnkişafa açıq, nizam-intizamlı və uzunmüddətli əməkdaşlığa motivasiyalıyam.
Məsuliyyətli, diqqətli və ünsiyyətcil biriyəm. Operator, qeydiyyatçı və HR sahələrində qazandığım iş təcrübəsi sayəsində müştərilərlə düzgün ünsiyyət qurmaq, məlumat və sənədlərlə dəqiq işləmək, ofis daxili inzibati proseslərdə effektiv iştirak etmək bacarığına yiyələnmişəm.
Komanda ilə işləməyə uyğun, operativ və nizam-intizamlıyam. Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirir, stresli vəziyyətlərdə soyuqqanlı qalmağı bacarıram. Yeni bilik və bacarıqları tez mənimsəyir, işimdə daim inkişaf etməyə və üzərimə düşən öhdəlikləri keyfiyyətlə icra etməyə önəm verirəm.