ELEKTRİK MÜHƏNDİSİ
900 AZN- ŞəhərBakı
- Yaş25 yaş
- CinsKişi
- Elanın tarixiDekabr 15, 2025
- Bitmə tarixiYanvar 14, 2026
- AdNamiq Əlimusa Xudiyev
- Phone
- E-mail
-Aşağı və yüksək gərginlikli elektrik sistemləri üzrə geniş nəzəri biliklərə malikəm.
-Dartı və digər növ yarımstansiyalarda əsas elektrik avadanlıqları ilə iş təcrübəm mövcuddur.
-UPS sistemlərinin strukturu və iş prinsipləri barədə ümumi anlayışım var.
-Nəzəri biliklərimi praktikada tətbiq etmək və texniki problemlərə effektiv yanaşmaq bacarığım inkişaf edib.
-Ezamiyyət və növbəli iş rejimində işləməyə vərdiş etmişəm.
-Məsuliyyətli, öyrənməyə açıq və davamlı inkişaf etmək arzusunda olan biriyəm.
-İdarəetmə və təşkilati bacarıqlarımı inkişaf etdirərək iş proseslərinin fasiləsizliyinə dəstək vermişəm.
-İşçi heyətinə rəhbərlik etmiş, komanda işinin koordinasiyasının yaxşılaşdırılması üçün çalışmışam.
-Yeni iş mühiti və kollektivə sürətlə uyğunlaşma qabiliyyətim var.
-Texniki təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət edirəm.
-Yeni bilikləri sürətlə mənimsəyir və onları praktikada tətbiq etməyə çalışıram.
-Fərdi və komandada effektiv işləmə bacarığına malikəm.
Milli Aviasiya Akademiyasında “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə təhsil almışam. Tədris müddətində Bakı Metropoliteni QSC-nin dartı yarımstansiyalarında istehsalat yönümlü təcrübə keçmiş, elektroenergetika avadanlıqlarının istismarı və texniki prosesləri ilə yaxından tanış olmuşam.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində ilk olaraq elektrik mühəndisi kimi çalışmışam. Bu müddətdə elektrik sistemlərində yaranan nasazlıqları vaxtında aşkar edib aradan qaldırılmasını təmin etmiş, sistemlərin effektiv işləməsi üçün zəruri texniki işləri həyata keçirmişəm. Daha sonra stansiya rəisi vəzifəsinə təyin olunaraq, fasiləsiz və problemsiz iş prosesinin təminatına rəhbərlik etmişəm. İşçi heyətinin koordinasiyasını təmin etməklə təhlükəsizlik standartlarının tam şəkildə qorunmasına nəzarət etmiş və kollektivin iş məhsuldarlığını artırmışam
Nasos stansiyası rəisi və elektrik mühəndisliyi sahəsində əldə etdiyim təcrübə həm idarəetmə, həm də texniki biliklərimin inkişafına böyük töhfə verib. Hal-hazırda əsas diqqətim praktiki bacarıqlarımı daha da təkmilləşdirməkdədir. Yarımstansiyalarda iş təcrübəm mövcuddur və yeni biliklərə daim açığam. Çalışqan, məsuliyyətli və sürətlə öyrənən biri kimi komandaya dəyər qatmağa hazıram.